Sentyabr ayında Azərbaycanda xalqımızın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş möhtəşəm musiqi festivalı keçiriləcək. Festival dahi bəstəkarın yubileyinə həsr olunmuş tədbirlərlə, ilk növbədə, Heydər Əliyev Sarayında keçiriləcək təntənəli mərasimlə başlanacaq.
   Festivala dünyanın 10-dək ölkəsindən tanınmış ifaçılar və musiqi qruplarının qatılacağı gözlənilir. Türkiyənin “Afyon” xor kollektivi, İsvecrənin “Amalteya” instrumental qrupu və digər musiqiçilər tamaşaçılar qarşısında maraqlı layihələrlə çıxış edəcəklər. Festival çərçivəsində ilk dəfə olaraq “Dörd royalın təntənəsi” layihəsi təqdim olunacaq.
   Tədbirlərdə respublikamızın teatr kollektivləri də fəallıq göstərəcəklər. Həmin günlərdə Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı yeni tamaşalar təqdim edəcək, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı yeni variantda “O olmasın, bu olsun” tamaşasını, Dövlət Pantomima Teatrı isə “Dulusçu” səhnə əsərini nümayiş etdirəcəklər.
   Musiqi bayramı çərçivəsində Qarabağ bölgəsinə səfər də nəzərdə tutulub. Ağcabədi rayonundakı muğam mərkəzində dahi bəstəkarın “Arşın mal alan” operettasına yazdığı musiqilərdən ibarət konsert veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar