Macarıstanın Buqats bölgəsində Kişqunşaq milli parkında türkdilli ölkələrin birgə tədbiri keçirilib. Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyası təmsilçilərinin bir yerə toplanması və III Böyük Qurultayın keçirilməsi çərçivəsində Azərbaycan mədəniyyəti də təbliğ edilib. Belə ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 14 nəfərlik Qədim musiqi alətləri ansamblı Budapeşt şəhərinə ezam olunmuşdu.
   Ansambl tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.
   Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Monqolustan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Yakutiya respublikalarından nümayəndə heyətləri də tədbirdə iştirak edib. 
   






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar