Cari ilin sonunadək iki qədim musiqi alətinin bərpası nəzərdə tutulub. Dövlət qədim musiqi alətləri ansamblının rəhbəri, Əməkdar artist Məcnun Kərimov bildirib ki, bu alətlərdən biri Azərbaycanın XIII əsr görkəmli musiqişünası Səfiəddin Urməvinin ixtira etdiyi Muğnidir. Bu alətə bəzən müğənni də deyblər. Uda bənzəyən alət 37 simlidir. Məcnun Kərimov qeyd edib ki, hazırda bərpa ilə əlaqədar arxiv materialları toplanır. Bu ilin sonunadək Muğninin bərpası başa çatacaq.
   Bərpa olunacaq ikinci alət isə Şahrud adlanır. Orta əsrlərdə azərbaycanlıların daha çox istifadə etdikləri bu alət də uda bənzəyir. Hər iki alət bərpa olunduqdan sonra ansamblda istifadə ediləcək.