Sentyabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubu üzvlərinin Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş II Qəbələ Beynəlxalq musiqi festivalının iştirakçıları ilə görüşü oldu.
Niyazinin mənzil-muzeyində keçirilən görüşdə çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, görkəmli pianoçu Fərhad Bədəlbəyli bildirdi ki, 12 gün davam edən beynəlxalq musiqi festivalında da klassik musiqi həvəskarları ABŞ, Rusiya, Britaniya, Fransa və İtaliyadan gəlmiş istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi korifeyləri, festivalın fəxri qonağı olan London Kral Filarmonik Orkestrinin ifasında ölməz əsərləri dinləmək imkanı qazanıblar.
Festival iştirakçısı kimi təəssüratlarını bölüşən F.Bədəlbəyli möhtəşəm musiqi bayramının paytaxt Bakıda deyil, qədim tarixə malik Qəbələdə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, festivalın yüksək səviyyədə keçirilməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir: “İnanırıq ki, bu ənənə bundan sonra da uğurla davam etdiriləcək”.
Festivalda Azərbaycan ifaçılarının, musiqi kollektivlərinin çıxışlarını yüksək qiymətləndirən natiq festivalın yaddaşlarda silinməyəcək izlər qoyduğunu dedi: “İnsanların festivalda iştirak etməyə marağı böyük idi. Müxtəlif bölgələrdən festivalı izləməyə gələnlər vardı. Musiqi nömrələrinin açıq havada səslənməsi, təbiət mənzərəsi ilə birlikdə vəhdət yaradırdı”.
F.Bədəlbəyli festivalda iştirak edən azərbaycanlı gənclərin ifalarının əcnəbi qonaqlarda xoş təəssürat yaratdığını vurğuladı: “Onlar mənə deyirdilər ki, biz inana bilməzdik bir müsəlman ölkəsində bu qədər zəngin musiqi mədəniyyəti olsun. Onlar gənc azərbaycanlı musiqiçilərin dünya səviyyəli sənətkarlar olduğunu etiraf edirdilər”.
Tədbirdə əməkdar incəsənət xadimləri Azad Əliyev, Fəxrəddin Kərimov, əməkdar artistlər, beynəlxalq müsabiqələr laureatları Yeganə Axundova, Murad Hüseynov, pianoçu Səidə Tağızadə, violençelist Aleksey Miltıx, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova və başqaları Qəbələ musiqi bayramı ilə bağlı təəssüratlarını bölüşdülər, musiqilər ifa etdilər.
Görüşdə festivaldan kadrlar da nümayiş olundu, Fərhad Bədəlbəylinin “Şuşanın fəryadı” əsəri səsləndi.
Ceyhun