İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri (25-29 sentyabr) çərçivəsində Təbriz şəhərində möhtəşəm konsert proqramı nümayiş etdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə tamaşaçılar arasında olublar.
    Konsert Nemət Qasımovun sazda ifa etdiyi “Misri” aşıq havası ilə başlanıb. Təbriz musiqisevərləri əməkdar artistlər - Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramovun birlikdə oxuduqları “Qarabağ şikəstəsi”ni ayaq üstə alqışlayıblar. Azərbaycana olan məhəbbətlərini göstərən müxtəlif şüarlar səsləndiriblər.
    Azərbaycan nümayəndə heyəti tədbirdən sonra Təbrizdəki “Şairlər məzarlığı”nı, o cümlədən ustad Məhəmmədhüseyn Şəhriyarın məzarını ziyarət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar