“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan İctimai Teleradio (İTV) 2011-ci ildə Almaniyada keçiriləcək növbəti müsabiqədə Azərbaycanı təmsil edəcək ifaçını müəyyən etmək üçün milli seçim turuna start verir.
   İTV-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, müsabiqə tam olaraq “Eurovision” mahnı yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
   Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənən şəxslər müsabiqəyə qatıla bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidir. Bütün müraciət müəllifləri arasından yalnız 100 nəfər seçim turuna buraxılacaq.
   Milli seçim turunda iştirak etmək istəyənlər oktyabrın 5-dən 15-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Təşkilat Komitəsinə müraciət edə bilərlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar