Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Musiqi ictimaiyyəti nümayəndələrinin, ziyalıların və tanınmış mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə yubilyarın həyat və yaradıcılığından, o cümlədən musiqimizin inkişafında göstərdiyi xidmətlərdən söz açılaraq bildirilib ki, Mənsum İbrahimov ulu öndər Heydər Əliyev tərəfindən Əməkdar artist, Prezident İlham Əliyev tərəfindən isə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan sənətkar tədbirdə çıxış edərək onun əməyinə yüksək qiymət verən ölkə rəhbərliyinə və xalqına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan muğamlarının sevilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib. Şəhər ziyalılarının ürək sözlərindən sonra muğam ustalarının, eləcə də Mənsum İbrahimovun tələbələrinin ifasında maraqlı musiqi nömrələri səslənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar