Xalq artisti, milli estradamızın yaradıcılarından biri Mirzə Babayevin mahnılarından ibarət yeni albom işıq üzü görəcək. Albomda görkəmli müğənninin fransız və italyan dillərində mahnıları yer alacaq.
Müğənni 60-cı illərdə bir çox ölkələrdə çıxış etmişdi. Həmin vaxtlar onun repertuarında çoxsaylı fransız və italyan mahnıları yer almışdı. O mahnıların demək olar ki, hamısının sözləri, not dəftəri hazırda müğənninin evində saxlanılır. Mahnılar isə “Azərbaycan Televiziyası və Radio Verilişləri“ Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Qızıl fondu”nda qorunur.
Bu mahnılar əldə edildikdən sonra bərpa olunacaq və albom şəklində Mirzə Babayevin pərəstişkarlarının ixtiyarına veriləcək.