Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə ölkə müstəqilliyinin 19-cu ildönümünə (27 oktyabr 1991) həsr edilmiş “Türkmənin qızıl əsri” müsabiqəsi keçirilib.
   
   Müsabiqədə ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, gənc yazıçı və şairlər, rəssamlar, memar və xalçaçılar, istedadlı uşaqlar iştirak ediblər.
   Tədbirdə ölkəmizi Azərbaycanın Əməkdar artisti Gülyanaq Məmmədova təmsil edib. Müsabiqədə Vətən, Ana, təbiətin gözəlliyi, milli adət-ənənələr, sədaqət və digər bu kimi mövzularda əsərlər oxunub, mahnılar səslənib. Qaliblərə Türkmənistan prezidenti adından bahalı qızıl zəncir və pul mükafatı verilib.
   Gülyanaq Məmmədova müsabiqədə Azərbaycan və türkmən dilində mahnılar ifa edib və müsabiqənin qalibləri sırasına düşüb. Sənətçiyə Türkmənistan prezidenti adından min dollarlıq qızıl zəncir və min dollar pul mükafatı təqdim olunub.