Oktyabrın 16-da Bakıda II Beynəlxalq caz festivalına start veriləcək. Festivalın açılış mərasimi Heydər Əliyev Sarayında keçiriləcək. Oktyabrın 30-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondunun və “Sweet Production”ın təşkilatçılığı ilə keçirilir.
   Dünyanın ən böyük caz musiqisi bayramlarından biri olacaq festivalda Azərbaycanla yanaşı, müxtəlif xarici ölkələrin caz ifaçıları yer alacaqlar. İştirakçılar arasında Mat Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay İyer Trio, Erik Vloeimaens, Diane Rives kimi məşhur ifaçılar, “Jazzamor” və “Şakatak” kimi tanınmış caz qrupları var.
   Çaz ifaçılarının konsertləri Heydər Əliyev Sarayında, Dövlət Filarmoniyasında, Beynəlxaq Muğam Mərkəzində, Rus Dram Teatrında, Bakı Caz Mərkəzində və “World Fashion” klubunda olacaq. Ölkəmizi bu nüfuzlu yarışmada 2009-cu il Montre caz festivalının qalibi, gənc cazmen İsfar Sarabski təmsil edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar