İstanbul Texniki Universitetinin Konservatoriyası Bakıda konsert verəcək
   
   İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının hazırladığı “Ortaq irs” layihəsi çərçivəsində 65 nəfərdən ibarət ansambl dekabrın 7-də Bakıda konsert verəcək. Layihənin müəllifi olan konservatoriyanın müəllimi Salim Sınar bildirib ki, oğuz türklərinə məxsus mədəni irsin ən mühüm dəyərlərindən olan xalq rəqsləri iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin musiqi təhsili ocaqları tərəfindən qorunmalı və təbliğ olunmalıdır. Onun sözlərinə görə, Bakıya səfərdən əvvəl ansambl İstanbulda da çıxış edəcək.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yer alacaq 65 nəfərin bir çoxu tələbələrdir. Layihədə peşəkar rəqqaslar da iştirak edirlər. Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, hər iki ölkənin səfrliklərinin nümayəndələrinin dəvət olunduqları konsertdən sonra türk sənətçiləri azərbaycanlı həmkarlarına hədiyyələr təqdim edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar