Amerika Bəstəkar və Müəlliflər Cəmiyyəti (ASCAP) “Coldplay” qrupunun iştirakçılarını “İlin ən yaxşı mahnı müəllifi” adına layiq görüb. “Gigwise” saytı xəbər verir ki, kollektivin "Viva la Vida" adlı kompozisiyası ilin mahnısı seçilib. Bu mahnı “Coldplay” qrupunun 2008-ci ildə buraxılan "Viva la Vida or Death and All His Friends” albomuna daxildir.
   ASCAP-ın 30-cu mükafatlandırma mərasimi oktyabrın 13-də Londonda keçirilib. “Coldplay” qrupunun iştirakçıları yeni studiya albomu üzərində işlədikləri üçün bu mərasimdə iştirak edə bilməyib. Lakin minnətdarlıq və təşəkkürlərini videoçarx şəklində mərasimə göndəriblər. Hazırda “Coldplay” qrupu özünün sayca beşinci studiya albomu üçün material hazırlayır. Albom 2011-ci ildə satışa buraxılacaq.