Oktyabrın 18-də festivalın növbəti konsert proqramları Beynəlxalq Muğam Mərkəzində gerçəkləşdi. Əvvəlcə caz musiqisi həvəskarları azərbaycanlı sənətçi Emil Əfrasiyaboğlunun konsertinə tamaşa etdilər. Maraqlı kompozisiyalar ifa edən cazmenin çıxışı alqışlarla qarşılandı.
   
   Festivalın yüksək səviyyədə keçdiyini qeyd edən Emil Əfrasiyaboğlu belə bir musiqi bayramının təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi: “2002-ci ildən başlayaraq hər il caz musiqisi bayramlarında mən də iştirak edirəm. Ötən illərlə müqayisədə Azərbaycan cazı daha da inkişaf edib. Gözəl haldır ki, bu gün Bakıya məşhur xarici musiqiçilər təşrif buyurub və onlarla birgə bizim musiqiçilər də çıxışlar edir”.
    Emil Əfrasiyaboğlu 2006-ci ildə Bakı Musiqi Akademiyasını pianoçu kimi bitirib. Gənc ifaçıların respublika müsabiqəsində diploma layiq görülüb. Bir çox xarici ölkələrdə keçirilən festival və layihələrin daimi iştirakçısıdır. Konsertdə zərbdə İsgəndər Ələsgərov, bas-gitarada Ruslan Hüseynov, udda Mircavad Cəfərov, vokal ifaçı Azər Zeynalov çıxış etdilər.
   * * *
   Həmin gün Beynəlxalq Muğam Mərkəzində Rain Sultanovun rəhbərlik etdiyi kvartetin konserti də maraqla qarşılandı. Rain Sultanovu pianoda Elçin Şirinov, kontrabasda Ruslan Hüseynov, zərbdə Ramin Sultanov təmsil edirdi. “Maqnoliya” adlı yeni proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   Qeyd edək ki, Rain Sultanov 1995-ci ildə özünün “Jokers Dance” və “Damoff” adlı ilk kompozisiyalarını bəstələyib. Bundan sonra əcnəbilərin diqqətini cəlb edən R.Sultanov xaricdən maraqlı təkliflər alıb. 1996-97-ci illərdə Almaniyada, 1998-ci ildə Novosibirsk şəhərində keçirilən caz festivallarının iştirakçısıdır.
   * * *
   Oktyabrın 19-da azərbaycanlı cazmen İsfar Sarabski Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib. Bu gün isə, festivalın 5-ci günündə Heydər Əliyev Sarayında “Şakatak” caz qrupunun konserti olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar