Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da “Yaşıl Teatr” Konsert Kompleksində Yaponiyanın məşhur sənətçi-şairi xanım Kieko Komanın başçılıq etdiyi ansambl xeyriyyə konserti verib. Konsertdə Kieko Koma xüsusi olaraq Azərbaycana həsr etdiyi poemanı səsləndirib. Yaponca şeirlər səhnədə qurulan iki ekranda Azərbaycan dilinə sinxron tərcümə olunub. Konsertdə onu məşhur Yaponiya pianoçusu və barabançısı İdaki Shin müşayiət edib. Yaponiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, eləcə də Yaponiyadan gəlmiş mətbuat nümayəndələri konsertdə olublar.
Qeyd edək ki, Koguryo sülaləsinin şahzadəsi olan Kieko Koma ailəsindən qalan sərvəti “Sülhə çağırış” devizi ilə xeyriyyə tədbirlərinə sərf edir. Sənətçinin çıxışını tamaşaçılar böyük maraqla izləyiblər.