Azərbaycan xalqı özünün milli-mədəni irsi, zəngin incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Sağlığında varlığı, vəfatından sonra isə şərəfli adı ilə doğma xalqımızın başını ucaldan nadir istedadlardan biri də Üzeyir Hacıbəylidir. Bəstəkarın mədəniyyətimizin tərəqqisi uğrunda apardığı mübarizə sahələri geniş, yaratdığı sənət nümunələri rəngarəngdir. Onun musiqisi nurludur, yaratdığı hər bir əsər öz mayasını xalq yaradıcılığından alıb. 

  Dahi bəstəkarın 125 illik yubileyi münasibətilə ölkəmizdə və xaricdə bir çox tədbirlər, möhtəşəm musiqi festivalı keçirilib. G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi də Üzeyir bəyin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbirlər keçirir.
   Birinci tədbir Üzeyir bəyin anadan olduğu Ağcabədi rayonunda iyun ayında oldu. Məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Yusif Vəliyevin rəhbərliyi ilə bir qrup müəllim və şagirdlər Ağcabədi rayonuna ezam olundular. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində maraqlı konsert proqramı ilə çıxışlar oldu.
   Növbəti tədbirimiz bu yaxınlarda Üzeyir Hacıbəylinin ev-muzeyində keçirildi. Muzeydə məktəbin müəlliməsi N.Quliyevanın təşkil etdiyi dərs-ekskursiya şagirdlər üçün hədsiz maraqlı idi. Muzeyin canlı ekspoziyasiyaları şagirdləri dahi bəstəkarımızın həyat və yaradıcılığının maraqlı səhifələri ilə tanış etdi. Dərs-ekskursiya zamanı şagirdlər bəstəkarın yaşadığı illərə, o mühitə bir növ səyahət etdilər. Kollektivimiz adından muzeyin rəhbərliyinə, əməkdaşlarına səmimi münasibətə, yaradılan şəraitə görə təşəkkürümüzü bildiririk. Çalışacağıq ki, belə tədbirləri daha da tez-tez keçirək, şagirdləri milli mədəniyyətimiz ruhunda yetişdirək.
   
   Vəfa Həziyeva,
   Məktəbin tədris işlər üzrə  direktor müavini







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar