I Beynəlxalq Aşıq Festivalının iştirakçısı olan saz-söz ustaları oktyabrın 23-dən Qazax-Tovuz-Gədəbəy-Şəmkir-Gəncə marşrutu üzrə Azərbaycanın bölgələrində konsert proqramı ilə çıxış etdilər.
   İlk tədbir oktyabrın 23-də Yevlax şəhərində baş tutdu. Heydər Əliyev adına sarayda keçirilən tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub ölkə başçısı İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən bu festivalın milli aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliğində, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsində rolundan danışdı: “Bu tədbir bir daha sübut edir ki, türk xalqlarının dili, dini, mədəniyyəti oxşardır. Aşıq-ozan sənəti bizim eyni kökə mənsub olduğumuzu sübut edir”.
   Sonra festival iştirakçıları geniş konsert proqramı ilə çıxış etdilər.
   
   * * *
   Növbəti konsert proqramı oktyabrın 24-də Gədəbəy və Qazax rayonlarında gerçəkləşdi. Hər iki rayonda aşıqların çıxışı sakinlər tərəfindən hərarətlə, alqışlarla qarşılandı.
   Oktyabrın 25-də beynəlxalq aşıq festivalının iştirakçıları Tovuz rayonuna gəldilər.
   Qonaqlar əvvəlcə rayonun mərkəzindəki Heydər Əliyev Muzeyində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxdılar.
   Gənclərdən ibarət «Misri» aşıqlar ansamblının qarşıladığı qonaqları rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov salamladı, tədbirin saz və söz diyarı qədim Tovuzda keçirilməsini yüksək qiymətləndirdi. Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub türk dünyasının birliyindən, aşıq sənətinin böyüklüyündən, bu sənətə olan dövlət qayğısından bəhs etdi.
   Sonra Türkiyə, Qırğızıstan, İran, Özbəkistan, Naxçıvan və Tovuz aşıqlarının iştirakı ilə konsert oldu.
   Həmin gün festival iştirakçıları Şəmkirdə də maraqlı konsert proqramı ilə çıxış etdilər.
   
   * * *
   Oktyabrın 26-da Gəncədə festivalın bağlanış mərasimi oldu. Üç saatdan artıq davam edən konsert proqramı tamaşaçıların gurultulu alqışları ilə müşayiət olundu.
   Bu gün, oktyabrın 27-də festival iştirakçılarının Kürdəmirdə rayon ictimaiyyəti ilə görüşü olacaq. Sonra iştirakçılar Bakıya qayıdacaqlar.
   I Beynəlxalq Aşıq Festivalı iştirakçılarının bölgələrdəki görüşləri barədə ətraflı növbəti sayımızda məlumat verəcəyik.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar