Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çıxışı sumqayıtlı musiqisevərlərə xoş anlar bəxş edib. Bədii rəhbər, baş dirijor, Azərbaycanın Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi orkestr Sumqayıta tez-tez gəlir. Bu dəfə də orkestrin çıxışı fərəhlə qarşılandı. Gecədə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Səid Rüstəmov, habelə xarici müəlliflərin əsərləri səslənib. Dinləyicilər vokalçı Ülviyə Novruzova, gənc musiqiçilər, Prezident təqaüdçüləri Mustafa Aşurov (tar) və Ceyla Seyidovanın (skripka) çıxışlarını sonsuz alqışlarla qarşılayıblar.
   Orkestrin rəhbəri Teymur Göyçayev deyib: “Biz sumqayıtlılarla görüşləri həvəslə gözləyirik. Burada bizi hərarətlə qarşılayırlar. Musiqi də burada xüsusi şövqlə səslənir”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar