Türkiyənin meqa-starı Tarkan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakıda konsert verəcək. Tarkanın Bakıdakı konsertlərinin təşkilatçısı Nahid Emiloğlu bildirib ki, meqa-starın Azərbaycandakı pərəstişkarları ilə görüşü dekabrın sonlarında Heydər Əliyev Sarayında olacaq. Tarkan bu səhnədə iki gün konsert verəcək.
   Konsertin dəqiq tarixinin hələ müəyyən edilməməsi Tarkanın ifasında səslənəcək və azərbaycanlı müəlliflərə məxsus “Səndən nigaranam” mahnısının (musiqisi bəstəkar Kamalın, sözləri isə şair Baba Vəziroğlunundur) aranjemanının başa çatmaması ilə bağlıdır. Türkiyəli müğənninin Bakı konserti məhz bu mahnının təqdimatı ilə bağlıdır. Mahnı hazır olduqdan sonra bu mahnının da yer alacağı albom buraxılacaq və Tarkan bu albomla Bakı tamaşaçıları qarşısında çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar