![](/img/news/700x420/4647.jpg)
Dinləyiciləri Eminin nəğmələrinin səmimiliyi, mükəmməl musiqisi və aranjimanı, virtuoz musiqiçilərin və bek-vokalçıların ahəngdar müşayiəti valeh edib. E.Ağalarov ustadı saydığı Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş mahnıları ifa edəndə salon sözün əsl mənasında coşub, onun çıxışı “bravo” sədaları ilə müşayiət olunub. Minnətdar tamaşaçılar müğənnini çiçək dənizinə qərq ediblər.
Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, Ukrayna ictimaiyyətinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) rəhbərliyi və UAK-ın Kiyev və regional təşkilatlarının təmsilçiləri iştirak ediblər.