Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə hazırlıq məqsədilə Gəncədə keçirilən tura yekun vurulub. Müsabiqədə 700 nəfərdən artıq şagird tar, kamança, kanon, balaban və qarmonda öz bacarıqlarını nümayiş etdirib.
   Münsiflər heyətinin üzvü, respublikanın Əməkdar mədəniyyət işçisi Səid Hacıyevin verdiyi məlumata görə, qaliblər dekabrın 15-16-da Bakıda keçiriləcək yekun turunda iştirak etmək hüququ qazanıblar. Həmin turun yekunlarına görə, ən yaxşı ifaçılar Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomlarına və pul mükafatlarına layiq görüləcəklər.
   Müsabiqənin yekun konserti dekabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar