Xəbər verdiyimiz kimi, dekabrın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsi keçirilir. Müsabiqənin Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri və Ağcabədi rayonlarında təşkil olunan ilk mərhələsinə artıq yekun vurulub.
   Birinci turda Azərbaycanın müxtəlif bölgələrindən 600-ə yaxın yeniyetmə və gənc musiqiçi iştirak edib və onlardan 143-ü növbəti mərhələyə vəsiqə qazanıb. Hazırda müsabiqənin ikinci turu davam edir. Xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinin yekun nəticələri bu gün (15 dekabr) məlum olacaq. Qeyd edək ki, müsabiqə Azərbaycanın qədim milli musiqi alətləri olan tar, kamança, saz, balaban, qarmon və kanon üzrə təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar