Gənc azərbaycanlı cazmen, 2009-cu il Montre caz festivalının qalibi İsfar Sarabskinin gələn il ilk albomu işıq üzü görəcək. Sənətçi bildirib ki, ilk albomunda Azərbaycanın görkəmli caz ustaları ilə yanaşı, dünya klassiklərinin əsərləri, habelə özünün müəllifi olduğu kompozisiyalar yer alacaq.
   Xatırladaq ki, dekabrın əvvəlində Avropa Azərbaycan Cəmiyyətinin Berlin ofisinin təşkilatçılığı ilə Almaniyada İsfar Sarabskinin konserti keçirilib. Caz konsertinin təşkilində məqsəd Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması olub. Gənc pianoçunun konserti Almaniyanın “Jazz Radio”su tərəfindən yayımlanıb.
   Alman Sənaye Federasiyasının keçmiş prezidenti Hans-Olaf Henkel, Xristian-Demokrat və Xristian Sosialist İttifaqının xarici siyasət üzrə keçmiş nümayəndəsi, Almaniya Gənclər İttifaqının sədri Filip Misfelder, Bundestaqın üzvləri, diplomatlar, biznes və media nümayəndələri də konsertə tamaşa edənlər arasında olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar