Parisdə növbəti dəfə Azərbaycanın muğam və caz musiqisi səslənib. Fransa ictimaiyyətinin nümayəndələrindən, Parisdəki Azərbaycan diasporunun təmsilçilərindən, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımızdan, səfirliyimizin əməkdaşlarından ibarət tamaşaçılara “Muğamdan caz muğamına” adı altında ikihissəli konsert proqramı təqdim olunub.
   Birinci hissədə gənc xanəndə Rövşən Məmmədovun ifasında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış muğamlarımızla yanaşı, klassik Azərbaycan musiqisi də səslənib. Müğənnini tarda Malik Mənsurov və kamançada İsmayıl Həmidov müşayiət ediblər.
   Konsertin ikinci hissəsində İsveçrənin Montrö şəhərində keçirilmiş beynəlxalq caz festivalının laureatı, istedadlı cazmen Şahin Növrəsli muğamla cazın impovizəsini təqdim edib. Azərbaycanlı musiqiçilərin hər bir çıxışı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konsertdə iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar