Azərbaycan Dillər Universitetində "Milli dəyərlər" adlı konsert proqramı baş tutub.
Tədbirdə çıxış edən sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə çalğı alətlərinin tarixindən danışıb. ADU-nun 1 nömrəli ingilis dili fakültəsinin 221-ci qrup tələbələri qədim musiqi alətləri olan saz, ud, tar, kamança, tütək, balaban və qavalın yaranma tarixi, hazırlanması və istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Konsertdə Asəf Zeynallı adına Musiqi Kolleci tələbələrinin ifasında "Mənim məhəbbətim", "Dilkəş" təsnifləri, eləcə də "Ceyhuni" və "Naz eləmə" rəqsləri, "Ruhani" aşıq havası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbir "Qarabağ şikəstəsi"nin sədaları altında yekunlaşıb.