Yanvarın 28-də Dövlət Filarmoniyasında 2 Fevral - Gənclər Gününə həsr olunmuş «Gəncliyin səsi» layihəsi çərçivəsində konsert keçiriləcək. Konsertdə gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri proqram ilə çıxış edəcək. Proqramda gənc bəstəkarların simfonik əsərləri - Ayaz Qəmbərlinin «Fortepiano və orkestr üçün konsert, Türkər Qasımzadənin «Simfoniya», Səid Qəninin «Divertissment», Tahir İbişovun «Diptix-simfonik orkestr üçün konsert»i ilk dəfə səslənəcək. Konsertə gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov solistlik edəcək.
   
   Gülər