Yanvarın 25-də Strasburqun möhtəşəm konsert salonunda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş konsert verilib. 
   Konsertdən əvvəl Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi səfir Arif Məmmədov qonaqları salamlayaraq ölkəmizin ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb. Səfir folklor-caz musiqisi barədə məlumat verib, Azərbaycan incəsənət ustalarını konsert iştirakçılarına təqdim edib.
   “İki dünya” adlı konsertdə gənc cazmen Emil Əfrasiyabın ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Müğənnilər Rəvanə Ərəbovanın və Teyyub Aslanovun ifa etdikləri xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
   Konsert Azərbaycan təbiətinin görməli yerlərini, tarixi abidələrini, Bakının ümumi görünüşünü əks etdirən slaydlarla müşayiət olunub.
   Konsertdə Strasburq şəhər bələdiyyə idarəsinin və Avropa Şurasının rəsmiləri, xarici diplomatlar, AŞPA-nın qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar