Mədəniyyət və Turizm Nazirliyi və “Jazz dünyası” jurnalı “İ am jazzman” adlı müsabiqə elan edib. Müsabiqənin qalibləri pul və diplomla mükafatlandırılmaqla yanaşı, “Baku Jazz Festival 2011” festivalında da iştirak edə biləcək. 
   Müsabiqənin məqsədi cazda yeni adlar aşkarlamaq, gənc nəsildə musiqiyə potensialı gücləndirmək və onlara dəstək olmaqdır.
   “İ am jazzman” müsabiqəsinin münsiflər heyəti arasında Salman Qəmbərov, Rain Sultanov, Cavan Zeynallı kimi tanınmış caz ustaları olacaq. Müsabiqəyə sənədlərin qəbulu artıq başlanıb və aprelin sonlarında seçim turu keçiriləcək.
   Onu da qeyd edək ki, bu müsabiqə 2005-2006-cı illərdə də uğurla keçirilib və İsfar Sarabski, Aysel Quliyeva, Riad Məmmədov kimi istedadlı gənc caz ifaçılarını üzə çıxarıb.
   
   Yeganə