Tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova yeni albom və disk üzərində çalışır. N.Teymurova bildirib ki, alboma həm xalq mahnılarını, həm aşıq havalarını, həm də muğamlarımızı daxil etməyi planlaşdırıb. Xanəndə məşhur Azərbaycan xalq mahnısı "Sarı gəlin"ə klip çəkdirəcəyini deyib.
   Bundan əlavə, N.Teymurova Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam Festivalına hazırlaşdığını, bu səbəbdən də son günlər bir çox qastrol təkliflərindən imtina etdiyini vurğulayıb. O, deyib ki, festivalda sadəcə qonaq kimi iştirak etməyəcək, özü də muğam oxuyacaq.