Beynəlxalq layihə çərçivəsində növbəti konsert
   
   Yanvarın 29-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Almaniyalı dirijor Bernard Vulfun idarə etdiyi orkestrin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.