Niderlandın paytaxtı Amsterdamda “Flamenco Biennale” III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib. Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin musiqi tarixində ilk dəfə olaraq flamenko ilə muğamın sintezindən bəhrələnən “Mugflamenko” əsərinin premyerası Amsterdamda inşa olunmuş 1200 nəfərlik “Muzikcentrum” konsert salonunda baş tutub.
   Bəstəkar bu əsəri festivalın təşkilat komitəsinin təklifi ilə qələmə alıb. Əsər xanəndə, Əməkdar artist Zabit Nəbizadə, tarzən Ələsgər Məmmədov, eləcə də tanınmış dirijor Ed Spanyardın idarə etdiyi Niderlandın məşhur “Nieuw Ensemble” kamera orkestri, həmçinin məşhur flamenko ifaçısı Karlos Moreno Deniya Arturo Ramon tərəfindən təqdim olunub və tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Dahi qəzəlxanımız Əliağa Vahidin “Ey gül, sənə qəlbimdə məhəbbət yenə vardır…” qəzəli həm Azərbaycan, həm də ispan dilində oxunub. Qəzəl həmçinin tamaşaçılar üçün holland dilinə də tərcümə edilib.
   Konsertdən sonra festivalın bədii rəhbəri Ernestino Fon De Noort bu dəyərli əsərə görə, Firəngiz Əlizadəyə təşəkkürünü bildirib. Qeyd edək ki, festival çərçivəsində 27 konsert, onlarla seminar, mühazirələr, master-klasslar keçirilib ki, bu tədbirlərdə də 10 minlərlə tamaşaçı iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar