Avropada yaşayan tanınmış azərbaycanlı ozan Araz Elsəs mart ayında Bakıda verəcəyi növbəti konsertə hazırlaşır. Konsert Novruz bayramı ərəfəsində reallaşacaq.
Araz Elsəs 1971-ci ildə Cənubi Azərbaycanda, Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaq çağlarından musiqiyə böyük maraq göstərib. Siyasi səbəblər üzündən çətinliklərlə üzləşən Araz Elsəs 1991-ci ildə Bakıya köçüb, 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən Norveçə çağırılıb. 2000-ci ildə isə İsveçə köçüb.