Martın 2-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış bəstəkarı İqor Krutoyun yaradıcılıq gecəsi keçiriləcək. Sarayın mətbuat xidmətindən bildiriblər ki, bəstəkarın yaradıcılıq gecəsində tanınmış rusiyalı müğənnilər Filipp Kirkorov, Lara Fabian, Aleksandr Serov, Valeri Leontev, Layma Vaykule, Kristina Orbakayte və İrina Aleqrova çıxış edəcəklər.