Martın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər klubunun növbəti tədbiri Niyazinin mənzil- muzeyində keçirildi. “Klassik musiqi axşamı” konserti çərçivəsində gənc musiqiçilərin ifası səsləndi.
   Niyazi mənzil-muzeyinin direktoru Rza Bayramov bu cür tədbirlərin keçirilməsini musiqinin təbliğatı istiqamətində uğurlu addım olduğunu dedi: “Belə tədbirlər istedadlı tələbələrimizi tədbirlərə, konsertlərə cəlb etmək klassik musiqinin inkişafına da yol açır.”
   “Klassik musiqi axşamı” konsertində 21 saylı musiqi məktəbinin tələbələri Dəniz Tacəddin və Süleyman Babakişizadənin ifasında klassik musiqi parçaları səsləndi.
   
   Reyhan