Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçiriləcək. Açılış mərasimi martın 14-də R. Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində olacaq. Müsabiqənin qaliblərini peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri Boris Niçkovun sədrlik etdiyi münsiflər heyətinin tərkibinə respublikanın tanınmış musiqiçi və müəllimləri daxildir. Qaliblərin adları martın 17-də açıqlanacaq.