Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kapelhaus) Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin 1-ci sinif şagirdlərinin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konserti keçirildi. Konsertin keçirilməsində məqsəd musiqi və incəsənət sahəsində hələ yenicə təhsilə başlamış birinciləri səhnəyə alışdırmaqdır. Konsert proqramı notların məzmununu ifadə edən “Do Re Mi” (Riçard Redgers) kompozisiyası ilə başlandı.
   Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin tələbələrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, milli rəqs və xalq musiqi parçaları səsləndi. Konsert proqramı maraqlı rəqslə yekunlaşdı. 

   Reyhan