Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Fransaya səfər edəcək. Sənətkarın qızı Fərqanə Qasımovanın sözlərinə görə, bu səfər çoxdan planlaşdırılıb: "Bəzi səbəblərdən bu səfər martın sonlarına kimi təxirə salındı. Martın 29-da baş tutacaq səfərə atamla birlikdə mən də gedəcəyəm. Hazırda səfərlə bağlı qızğın məşq prosesləri gedir. Fransanın bir neçə konsert salonunda Azərbaycan muğamlarından ibarət kompozisiyalarla çıxış edəcəyik".