Naxçıvan Muxtar Respublikasında «Ən yaxşı vətənpərvərlik mahnıları və marşların ifası» üzrə müsabiqəyə start verilib. Müsabiqədə hərbi hissələrdəki bədii özfəaliyyət kollektivləri iştirak edir. Musiqi müsabiqəsinə 15-ə yaxın kollektiv qatılıb. Repertuarda xalq musiqisi, muğam nümunələri, milli estrada janrı və hərbi marşlar yer alıb. Əsgərlər müsabiqədə fərdi və kollektiv şəkildə çıxış edir. Hazırda müsabiqənin seçim turu aparılır. Yekun konsert martın 19-da keçiriləcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.