Martın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində İraq türkmən musiqiçilərinin konserti keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Alla Bayramova II Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunan müsabiqə barədə məlumat verib.
   Sonra konsert başlanıb. İraqın “Anğam Al Rafidain” ansamblının çıxışı maraqla qarşılanıb. Ansamblın solisti Məhəmməd Rauf Dərzidir.
   Konsertdə İraq muğamı, türkməncə Qarabağ haqqında mahnı, “Nəhamət”, “Hicaz”, “Xanabad” muğamları, ərəb dilində “Bağdad” muğamı və s. musiqi nömrələri ifa edilib. Tədbirdə musiqi ictimaiyyəti ilə yanaşı, Qətər, İraq, Misir dövlətlərinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri də iştirak ediblər.
   
   Ceyhun