Martın 30-da Dövlət Filarmoniyasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilmiş VI “Hünər” vətənpərvərlik mahnıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti olub. Tədbirdə qeyd olunub ki, VI “Hünər” vətənpərvərlik mahnıları festivalının seçim turunda 100 iştirakçıdan 20-si finala çıxıb. Münsiflər heyətinin yekdil qərarı ilə qala-konsertdə vətənpərvərlik mövzusunda yazılmış mahnıları daha məharətlə ifa edən yeniyetmələr arasından üç nəfər qalib seçilib. Füzuli rayonundan Orxan Nuşirəvanlı I, Zaqatala rayonunun təmsilçisi Məhəmməd Kərimov II, Bakının Xətai rayonunun “Avataj” qrupu isə III yerləri tutublar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunub. Bundan əlavə, 10 iştirakçıya həvəsləndirici mükafatlar verilib.