Aprelin 25-30-da Belarusun Mozır şəhərində “Zemlə pod belımi krılğəmi” (“Ağ qanadlar altında torpaq”) adlı gənc istedadların VIII Beynəlxalq festivalı keçirilib.
Festival çərçivəsində keçirilən müsabiqədə 10 ölkənin (Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Litva, Latviya, Estoniya, İtaliya, Rumıniya) 500 nəfərdən çox istedadlı uşaq və yeniyetmələri iştirak edib.
Azərbaycanı müsabiqədə solo-vokal (estrada) nominasiyası üzrə Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Yasin Həsənov, milli rəqs nominasiyası üzrə Bakı Xoreoqrafiya Məktəbinin tələbələri - Prezident təqaüdçüləri Xamiz Cəfərov, Akif Kərimli, Çinarə Quliyeva, Zəminə Sadıxzadədən ibarət “Bakı ulduzları” adlı xoreoqrafiya kollektivi (bədii rəhbər Xalq artisti Yusif Qasımov) təmsil ediblər.
Beynəlxalq münsiflər heyətinin qərarına əsasən, Yasin Həsənov və “Bakı ulduzları” xoreoqrafiya kollektivi müsabiqənin ən yüksək mükafatı - “Qran-Pri” ilə təltif olunublar.