Mayın 27-də Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük zalında iki nüfuzlu musiqi layihəsi - «Musiqi kolleksiyası» və «Musiqi Olimpi» beynəlxalq festivalları çərçivəsində qala-konsert keçirilib. 
   Azərbaycanı ilk dəfə olaraq bu nüfuzlu musiqi tədbirində dirijor, beynəlxalq müsabiqələr qalibi Əyyub Quliyev təmsil edib. Onun rəhbərliyi ilə Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında dünya musiqi korifeylərindən İ.Brams, K.Sen-Sans, J.Bize və digərlərinin əsərləri səsləndirilib.
   Festivalda dünyanın 12 ölkəsindən - Rusiya, Azərbaycan, Almaniya, Koreya, Bolqarıstan, Moldova, Fransa, İsveçrə, İspaniya, Avstriya, Çexiya və Yunanıstandan 27 gənc musiqiçi təmsil olunub.
   
   Gülər