![](/img/news/700x420/6034.jpg)
Konsertin proqramı Parisin XVI meriyasının təşkil etdiyi yay musiqi festivalı proqramına salınıb və 40 min nüsxə çap olunaraq həmin rayonda paylanıb.
Tədbiri giriş sözü ilə açan səfir E.Əmirbəyov konsertin Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunduğunu bildirib. Milli musiqimiz barədə məlumat verən səfir ölkəmizdə caz musiqisinin yaranma və inkişaf tarixindən bəhs edib.
Sonra Şahin Növrəslinin ifasında bir çox caz-muğam nümunələri səslənib. Azərbaycanlı cazmenin ifası tamaşaçıların böyük marağına səbəb olub.