Gələn il Azərbaycanda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinə tamaşa etməyə gələcək qonaqlar üçün atlas hazırlanır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən belə bir atlas hazırlamaqda məqsəd müsabiqəni izləməyə gələn xarici vətəndaşların Bakıda sərbəst hərəkət etmələrinə şərait yaratmaqdır.
   Atlasda Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək. Paytaxtdakı mədəni-tarixi abidələr, görməli əraziləri, parklar və digər yerlər dəqiqliklə göstəriləcək.