Tədbirdə Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni Emin Ağalarov da iştirak edirdi. O, jurnalistlərə açıqlamasında Müslüm Maqomayevi özünə böyük müəllim hesab etdiyini vurğulayıb: “Mən Müslüm Maqomayevin xeyir-duası ilə sənətə gəlmişəm. O, mənim yaradıcılığıma dəstək verən ən yaxşı müəllimim olub. M.Maqomayev mənə böyük təkan verib, bir musiqiçi kimi yetişməyimə, püxtələşməyimə kömək edib. O, mənə daim ümid verib, müğənni olmağa həvəsləndirib”.
   Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Bakıda, Yaşıl Teatrda konsert proqramı ilə çıxış edib. Konsertdə o, Müslüm Maqomayevin mahnılarını da ifa edib.