MTV kanalı “Video Music Award-2011” mükafatına namizədlərin siyahısını açıqlayıb. Mükafatın favoriti Amerika müğənnisi Ketti Perri hesab olunur.
İfaçı “İlin ən yaxşı videoklipi”, “Ən yaxşı duet”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı montaj”, “Ən yaxşı operator işi” və “Ən yaxşı xüsusi effektlər” nominasiyalarında mükafata namizəd göstərilib. Britaniyalı müğənni Adel isə 7 nominasiyada mükafata təqdim olunub. Ötən il mükafatın təqdimetmə mərasimində qalib olan Ledi Qaqanın adı bu il cəmi 3 nominasiyada hallanır. Mükafatın təqdimat mərasimi avqustun 28-də Los-Ancelesdə keçiriləcək.