“Eurovision” mahnı müsabiqəsinin internet saytı Azərbaycanın qələbəsindən sonra dəyişdirilib. Saytın əsas səhifəsinin yuxarı hissəsində artıq “Eurovison Song Contest - Baku 2012” yazılıb.
  
   Müsabiqənin loqosu hər il qalib ölkəyə uyğun olaraq dəyişdirilir. Saytın bu vəziyyəti növbəti il Azərbaycanda keçiriləcək “Eurovision” yarışmasında yeni qalib ölkənin seçilməsinə kimi davam edəcək. İl ərzində saytda əsas materiallar da Azərbaycanda müsabiqənin hazırlıq işləri ilə bağlı olacaq. Hər bir xəbərdə isə “Eurovision Baku -2012” yazılacaq.
   Qeyd edək ki, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı “Eurovision” yarışmasında Azərbaycan təmsilçiləri Eldar və Nigar birincilik qazanaraq Azərbaycana qələbə qazandırıblar. Növbəti ilin mayında yarışma Bakıda gerçəkləşəcək.