Elnarə Abdullayeva Poznan şəhərində beynəlxalq folklor festivalına gedəcək
   
   Muğam ifaçısı Elnarə Abdullayeva avqustun 14-dən 22-dək Polşanın Poznan şəhərində keçiriləcək Beynəlxalq folklor festivalında iştirak edəcək. Bu barədə məlumat verən muğam ifaçısı bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılacağı festivalda “Bayatı-Şiraz”, “Şur”, “Mirzə Hüseyn Segahı” muğamlarını, “Simayi-Şəms” zərb muğamını ifa edəcək.
   ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin təmsil olunacağı festivalda xanəndəmizi balabanda Adil Müslümov, kamançada Ceyhun Muradov, tarda Mehman Mikayılov müşayiət edəcəklər.