ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində yeni yaradılmış nəfəsli alətlər orkestri kütləvi çıxışlara başlamışdır. Şirkətdən verilən məlumata görə, 19 nəfərdən ibarət orkestr həftədə 2 dəfə - bazar ertəsi və cümə axşamı günləri axşam saatlarında Fəvvarələr meydanında rəngarəng konsert proqramı ilə sakinlərin görüşünə gəlir. Konsert proqramları maraqla qarşılanır və sakinlərin, habelə Bakının qonaqlarının istirahətinin səmərəli təşkil olunmasına xidmət edir. Mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edən nəfəsli alətlər orkestri qısa müddətdə musiqisevərlərin rəğbətini qazanıb.