Məşhur “Spice Girls” qrupu Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçısı ola bilər. Bu təklifi “Spice Girls” qrupunun keçmiş üzvü Ceri Haluel irəli sürüb. “Spice Girls” qrupu həmçinin Londonda keçiriləcək 2012-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək. Əfsanəvi “Beatles” rok-qrupunun keçmiş üzvü Pol Makkartninin də qatılacağı 2012-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimində “Girl Aloud”, “Coldplay”, “Muse” kimi məşhur qrup üzvləri də iştirak edəcəklər.