Xarkovdakı Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti vilayətdə keçirilən yay mövsümü tədbirlərinin fəal iştirakçısıdır. Cəmiyyətin “Azərbaycan inciləri” adlı rəqs kollektivi “Beryozka” sağlamlıq düşərgəsində təşkil olunmuş beynəlmiləl konsertdə uğurla çıxış edib. Xarkov Vilayəti Administrasiyasının daxili siyasət və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi V.Zinçenkonun, düşərgə rəhbərliyinin, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin nümayəndələrinin, düşərgədə dincələn uşaqların valideynlərinin iştirak etdikləri konsertdə “Azərbaycan inciləri” rəqs kollektivinin çıxışı maraqla qarşılanıb.